ABŞ Prezidenti Donald Tramp Oval Kabinetdə keçirilən sənəd imzalama mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, İran milli komandasının futbol üzrə Dünya Çempionatında iştirakı məsələsinə xüsusi toxunub.
FIFA prezidenti Canni İnfantinonun İranın turnirə qatılacağı ilə bağlı açıqlamasını şərh edən Tramp, bu addımı müsbət qiymətləndirib. Dövlət başçısı məsələyə belə münasibət bildirib:
"Əgər Canni belə deyibsə, mənim üçün heç bir problem yoxdur. Qoy oynasınlar".