ABŞ prezidenti Donald Trampın ölkəsinin NATO-dan (Şimali Atlantika Müqaviləsi Təşkilatı) çıxarılması məsələsini ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi bu barədə öz yaxın ətrafı ilə müzakirələr aparıb.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, bu ehtimal beynəlxalq ictimaiyyətdə böyük rezonans doğurub.
Tramp əvvəllər də NATO müttəfiqlərini müdafiə xərclərini artırmamaqda günahlandırmışdı.
Bu addımın qlobal təhlükəsizlik arxitekturasına ciddi təsir edəcəyi gözlənilir.