ABŞ Dövlət Departamenti İraqdakı diplomatik obyektlərə edilən hücumlarla bağlı məlumat verənlər üçün 3 milyon dollara qədər mükafat elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.
“İraqdakı Amerika diplomatik obyektlərinə edilən hücumlarla bağlı məlumat üçün 3 milyon dollara qədər mükafat təklif edirik. Əgər müvafiq məlumatınız varsa, xahiş edirik bizimlə əlaqə saxlayın”, – deyə açıqlamada bildirilir.
Qeyd olunub ki, ABŞ-nin Bağdaddakı səfirliyi, Ərbildəki konsulluğu və digər diplomatik obyektləri əvvəllər də hücumlara məruz qalıb.
Məlumata görə, elan edilən mükafat həm əvvəlki hücumların araşdırılması, həm də gələcək hücumların qarşısının alınması məqsədi daşıyır.