"ABŞ artıq beynəlxalq siyasəti təkbaşına diktə etmək mövqeyində deyil".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri müdafiə nazirinin müavini Telayi Nik deyib.
O bildirib ki, Vaşinqton qanunsuz və məntiqsiz tələblərindən imtina etməli olduğunu qəbul etməyə məcburdur.
“Bu gün bütün dünya ABŞ-ni və İsraili dövlət terrorizminin simvolları kimi görür. ABŞ artıq beynəlxalq siyasəti təkbaşına diktə edə biləcək vəziyyətdə deyil. Bu, İran xalqının və Silahlı Qüvvələrinin iradəsi ilə bütün dünyaya açıq şəkildə göstərildi. ABŞ qanunsuz və məntiqsiz tələblərindən imtina etməli olduğunu qəbul edəcək", - o qeyd edib.