ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ölkə prezidenti Donald Trampa birbaşa məlumat verərək bildirib ki, mövcud raket ehtiyatlarının vəziyyəti Vaşinqtonun İrana qarşı mümkün hərbi eskalasiyasını məhdudlaşdırır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağı "Associated Press" məlumat yayıb.
Bildirilib ki, Den Keyn Trampa İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı müxtəlif ssenariləri təqdim edərkən, sursat və xüsusilə raket ehtiyatlarının məhdud olduğunu da diqqətə çatdırıb.
Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp ölkənin, o cümlədən hava hücumundan müdafiə raketləri ehtiyatının azalmasının İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina edilməsinə səbəb olması ilə bağlı xəbərləri təkzib etmişdi.
Xatırladaq ki, "The New York Times" yazmışdı ki, Tramp raket ehtiyatlarının tükənə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən İrana qarşı hərbi eskalasiyanı təxirə salıb.