İraqın qərbində qəzaya uğrayan ABŞ-yə məxsus "KC-135 Stratotanker" yanacaqdolduran təyyarəsinin göyərtəsində azı 5 nəfərin olduğu məlum olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.
Adətən belə təyyarə uçuşlara 3-4 ekipaj üzvü ilə – pilot, ikinci pilot və yanacaqdoldurma operatoru ilə yola çıxır. Bəzi missiyalar əlavə ekipaj üzvləri tələb edir. Əsas funksiyasından əlavə, təyyarə həmçinin nəqliyyat təyyarəsi kimi və yaralıların təxliyəsi üçün istifadə oluna bilər.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) xilasetmə işlərinin davam etdiyini bildirərək, amerikalı hərbçilərin vəziyyətini dəqiqləşdirməyib.