ABŞ Mərkəzi Komandanlığı İran ərazisində həyata keçirilən əməliyyatlarla bağlı bəyanat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, United States Central Command (CENTCOM) İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra obyektlərinin, sursat qurğularının və hərbi aerodromlarının məhv edildiyini açıqlayıb.
“Davamlı əməliyyatlar zamanı ABŞ qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlıq və idarəetmə mərkəzlərini, İranın hava hücumundan müdafiə sistemlərini, raket və pilotsuz uçuş aparatlarını və hərbi aerodromları məhv edib”, – deyə bəyanatda bildirilir.
Komandanlıq əlavə edib ki, ABŞ İran rejiminin yaratdığı təcili təhdidlərə qarşı qətiyyətli tədbirlər görməyə davam edəcək.