Əsas məzmuna keç

ABŞ Hörmüz boğazında İranın 16 mina gəmisini məhv etdi

ABŞ Hörmüz boğazında İranın 16 mina gəmisini məhv etdi

CENTCOM Fars körfəzində gərginliyin artdığını açıqladı. Donald Trampın xəbərdarlığından sonra strateji neft yolunda Tehranın hərbi gəmiləri zərərsizləşdirildi.

ru en

ABŞ ordusu boğazı yaxınlığında İran minaatanlarını məhv edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "United States Central Command" məlumat yayıb.

Komandanlığın açıqlamasına görə, 10 mart tarixində ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığında 16 İran mina gəmisi də daxil olmaqla bir neçə İran dəniz gəmisini məhv edib.

Xatırladaq ki, ABŞ Prezidenti əvvəllər xəbərdarlıq etmişdi ki, əgər İran minalar yerləşdirsə, bunun nəticələri onun üçün “heç vaxt görülməmiş dərəcədə böyük” olacaq.

Əvvəlki məlumatlara əsasən, "CBS News" ABŞ kəşfiyyat orqanlarının İranın Hörmüz boğazında mina yerləşdirməyə hazırlaşdığı barədə məlumat aldığını bildirirdi. Eyni zamanda, CNN kəşfiyyat hesabatlarına istinad edərək İranın artıq boğazda mina yerləşdirməyə başladığını xəbər verib.

Fars körfəzini Hind okeanı ilə birləşdirən Hörmüz boğazı dünyanın ən vacib dəniz ticarət yollarından biridir və mərkəzi tranzit məntəqəsi hesab olunur. Dünyanın neft və qaz ehtiyatlarının təxminən beşdə biri bu boğazdan keçir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…