Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-dən Kubaya hərbi müdaxilə mesajı: "Bütün variantlar masadadır"

3 dəq
Paylaş:
ABŞ-dən Kubaya hərbi müdaxilə mesajı: "Bütün variantlar masadadır"

ABŞ-nin Pit Heqset Kuba ilə bağlı Vaşinqtonun mövqeyini açıqlayaraq də daxil olmaqla bütün variantların nəzərdən keçirildiyini bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Heqset Panamada keçirilən “Amerikan Kartel Əleyhinə Koalisiya”nın toplantısında çıxışı zamanı Kuba məsələsinə toxunub.

ABŞ-nin bildirib ki, Kuba ordusunun ABŞ-nin hərbi imkanları qarşısında ciddi müqavimət göstərmək gücündə olmadığı qənaətindədir.

Heqset rəsmi Havanın Donald Tramp administrasiyasının tələblərini nəzərə almasının vacibliyini vurğulayıb və hərbi müdaxilə də daxil olmaqla, bütün variantların masada olduğunu açıq şəkildə bəyan edib.

Hegseth çıxışında ABŞ-nin region ölkələri ilə sahəsində əməkdaşlığına da toxunub.

Onun sözlərinə görə, Kolumbiya A3C-yə 19-cu üzv kimi qoşulub və koalisiyanın mərkəzinə ev sahibliyi etməyə hazırdır.

ABŞ rəsmisi Çin, Rusiya və İranın Cənubi Amerikadakı fəaliyyətlərini “istismar” kimi qiymətləndirib. O, həmçinin Panama Kanalının strateji əhəmiyyətini vurğulayaraq, kanalın təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı addıma icazə verilməyəcəyini bildirib.

Kuba və ABŞ arasında münasibətlərdə gərginlik son aylarda daha da artıb. Kubanın xarici işlər naziri Bruno Rodriges iyulun 7-də ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi blokadanı “müharibə aktı” adlandırıb və bunun Kuba xalqına ciddi zərər vurduğunu bildirib.

ABŞ-nin Marko Rubio isə Kuba rəhbərliyini ölkəni iqtisadi böhrana sürükləməkdə ittiham edib və siyasi dəyişikliklərin qaçılmaz olduğunu müdafiə edib.

ABŞ mediasında yayılan məlumatlara görə, Pentaqon Yaxın Şərqdə davam edən gərginlik fonunda Kuba ilə bağlı mümkün hərbi ssenariləri də nəzərdən keçirir. Hegsethin son açıqlaması Vaşinqton-Havana münasibətlərində hərbi eskalasiya ehtimalı ilə bağlı narahatlıqları daha da artırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax