"ABŞ ordusu Hörmüz boğazında gəmilərin boğazdan təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq Layihəsi" əməliyyatı zamanı İranın hava məkanına və ya sularına müdaxilə etmək niyyətində deyil".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Pentaqon katibi Pit Heqset bildirib.
"ABŞ qüvvələrinin İran sularına və ya hava məkanına girməsinə ehtiyac qalmayacaq. Buna ehtiyac da yoxdur", - o qeyd edib.
Heqsetin sözlərinə görə, yüzlərlə gəmi ABŞ ordusunun Hörmüz boğazından keçmək təklifindən yararlanmağa hazırlaşır:
"Hazırda dünyanın digər ölkələrindən yüzlərlə gəmi boğazdan keçməyə hazırlaşır".
Pentaqon rəhbəri həmçinin bildirib ki, ABŞ Hörmüz boğazında əməliyyatlara baxmayaraq, İranla atəşkəsin qüvvədə qaldığına inanır.