ABŞ Silahlı Qüvvələri İran ərazisində yerləşən strateji obyektlərə qarşı aviazərbələri davam etdirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi ardıcıl altıncı gecə hücumlarıdır. Zərbələrin əsasən strateji əhəmiyyətli infrastruktur obyektlərinə yönəldiyi bildirilib.
İran mediasının məlumatına görə, Hörmüzqan əyalətinin Xəmir rayonunda yerləşən altı körpü hədəfə alınıb. Hücumlar nəticəsində azı yeddi nəfərin öldüyü qeyd edilir. Dağıdılan obyektlər arasında Hörmüzqan və Fars əyalətlərini birləşdirən “Kohorestan” körpüsünün də olduğu bildirilir.
İran tərəfi cavab olaraq Bəhreyn, Küveyt, Suriya və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb. Bölgədə hərbi qarşıdurmanın daha da genişlənəcəyi ehtimal olunur.