Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kür çayında suyun səviyyəsi qalxdı: Nasos stansiyaları dayandırıldı

2 dəq
Paylaş:
Kür çayında suyun səviyyəsi qalxdı: Nasos stansiyaları dayandırıldı

Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Dövlət Su Ehtiyatları Agentliyinin xidmətindən məlumat verilib.

Bildirilib ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya tərəfindən riskli ərazilərdə nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib.

"Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib. Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır. Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər. Əlavə məlumatlar barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax