Bakı, Sumqayıt, Xırdalan və 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin 95 %-ə çatdırılması və dayanıqlığın təmin olunması nəzərdə tutulur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, bunun üçün mövcud şəbəkələrin genişləndirilməsi və tam yenilənməsi planlaşdırılır.