"Universitetlərdə keçid ballarının aşağı olması narahatedici haldır" - Deputat

"Universitetlərdə keçid ballarının aşağı olması narahatedici haldır" - Deputat
Elm və təhsil
06.09.2023 12:00
Aa
dəq

"Bu il Azərbaycan universitetlərində bir sıra ixtisaslar üzrə keçid ballarının aşağı olması əslində çox narahatedici haldır və bunun heç bir ciddi və elmi əsaslandırması yoxdur".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, cəmiyyət tərəfindən bu məsələnin birmənalı qarşılanmaması və geniş müzakirə olunması təbiidir. 

"Düşünürəm ki, bu, bir daha orta məktəblərdə təhsilin məzmun və keyfiyyətinin artırılması ilə bağlı çox ciddi və zəruri addımların atılmasının önəmini ortaya çıxarır. Bu onu göstərir ki, biz orta məktəblərdə təhsilin məzmununa və keyfiyyətinə daha çox diqqət etməli və çox ciddi addımlar atmalıyıq. Ona görə də aidiyyatı qurumlar bu istiqamətdə ciddi düşünməli və zəruri addımları atmalıdır. Əks halda hər il balların daha da aşağı düşdüyünün şahidi olacağıq", - deyə Ceyhun Məmmədov qeyd edib.

Həftənin ən çox oxunanları