Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

UN-Habitat: Azərbaycanın yağışlara reaksiyası yüksək qiymətləndirildi

2 dəq
Paylaş:
UN-Habitat: Azərbaycanın yağışlara reaksiyası yüksək qiymətləndirildi

Hazırda dünyada bir milyarddan çox insanın suya yoxdur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim- əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin yaratdığı risklər mənzil və şəhərsalma siyasəti ilə bağlı məsələləri daha da aktuallaşdırır.

bir neçə gün əvvəl yağan intensiv yağışlar zamanı ekstremal hava hadisələrinə qarşı operativ reaksiya və hazırlıq nümayiş etdirib. Yağıntılar normadan artıq idi. Bununla belə, tədbirə ev sahibliyi edən ölkənin vəziyyətlə necə mübarizə apardığının şahidi olduq. Hazırda dünyada milyonlarla insan yalnız su deyil, həm də elektrik enerjisi kimi əsas xidmətlərə çıxış imkanından məhrumdur”, - deyə o vurğulayıb.

UN-Habitat-ın icraçı direktoru bildirib ki, bu məsələlər “Yeni Şəhər Gündəliyi”nin aralıq icmalında da öz əksini tapacaq. Onun sözlərinə görə, qeyri-formal yaşayış məntəqələri ilə bağlı problemlərin həllində ictimaiyyət hələ istənilən nəticəyə nail ola bilməyib və mövcud problemlər getdikcə daha da dərinləşir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax