BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazının bağlanmasının mənfi nəticələri ilə bağlı xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, baş katib bunu "X" hesabında yazıb.
"Hörmüz boğazında və onun ətrafında gəmiçilik hüququ və azadlığının məhdudlaşdırılması bütün dünyada çətinliklərə və qeyri-sabitliyə səbəb olur. Hətta ən əlverişli ssenaridə belə bu sarsıntılar bir neçə ay ərzində hiss olunacaq - üstəlik, inkişaf etməkdə olan ölkələr bundan daha çox zərər görəcək. Dünyaya beynəlxalq hüquqa uyğun olaraq gəmiçilik hüququ və azadlığı bərpa olunmaqla tam atəşkəs lazımdır", - o yazıb.