Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zonasında 2085-ə qədər hərbçi itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin daha 310 əsgəri "Şimal", "Şərq" və "Dnepr" qruplaşmalarının nəzarət zonalarında öldürülüb.