Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem hökumətin formalaşdırılması istiqamətində ilk təyinatlarını həyata keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Kral III Çarlzdan hökuməti qurmaq mandatını alan Baş nazir Endi Börnem yeni kabinet üzvlərini müəyyənləşdirmək üçün namizədləri "10 Downing Street" iqamətgahına dəvət edib.
Məlumata görə, Baş nazirlik ofisinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında yeni Nazirlər Kabinetinin tərkibi açıqlanıb. İvet Kuper səhiyyə naziri, Ancela Reyner mənzil, icmalar və yerli idarəetmə naziri, Lüsi Pauell təhsil naziri, Ues Stritinq müdafiə naziri, Aleks Norris isə ədliyyə naziri təyin olunub.
Bununla yanaşı, Stiven Kinnok Uels, Duqlas Aleksandr Şotlandiya, Kris Brayant isə Şimali İrlandiya üzrə dövlət naziri vəzifəsinə gətirilib. Hemiş Falkoner isə hökumətlərarası və Avropa əlaqələri üzrə dövlət naziri təyin edilib.
Qeyd edək ki, daha əvvəl Ed Miliband xarici işlər naziri, Şabana Mahmud daxili işlər naziri, Con Hili maliyyə naziri, Luiz Heyq isə Baş nazirin müavini, Lankaster Hersoqluğu üzrə nazir və Nazirlər Kabineti Ofisinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.