UEFA Konfrans Liqasında mövsümün qalibi bu axşam keçiriləcək final matçından sonra bəlli olacaq. Həlledici qarşılaşmada İngiltərə təmsilçisi "Kristal Pelas" ilə İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gələcək.
Görüş Almaniyanın Leypsiq şəhərində yerləşən "Red Bull Arena"da baş tutacaq. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək oyunu idarə etmək FIFA referisi Mauritsio Marianiyə həvalə olunub.
Qeyd edək ki, turnirin qalibi olan komanda növbəti mövsüm UEFA Avropa Liqasının əsas mərhələsində birbaşa iştirak hüququ əldə edəcək.