Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

MV Hondius xəstəsində hantavirus simptomları müşahidə olunur

2 dəq
Paylaş:
MV Hondius xəstəsində hantavirus simptomları müşahidə olunur

İspaniya MV Hondiusdən təxliyə edilən və hantavirusla yoluxması əvvəlcədən təsdiqlənmiş bir xəstədə simptomların başladığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, nazirliyin məlumatına görə, xəstədə aşağı dərəcəli hərarət və tənəffüs yolları ilə bağlı şikayətlər yaranıb, lakin onun vəziyyəti hazırda stabil hesab olunur və ciddi pisləşmə müşahidə edilmir.

Xatırladaq ki, mayın 10-da gəmi Tenerifeyə çatıb və sərnişinlərin təxliyəsi mayın 11-də tamamlanıb. Daha sonra gəminin təxminən 30 nəfərlik heyəti Niderlanda yola salınıb.

Məlumata görə, gəmidə ümumilikdə 14 ispaniyalı sərnişin olub və onlar karantin üçün Madriddəki xəstəxanaya yerləşdiriliblər.

əsasən kiçik məməlilərdən insanlara keçən nadir, lakin təhlükəli viruslar qrupuna aiddir. Ağır hallarda xəstəlik ağciyər zədələnməsi, ürək-damar problemləri və hemorragik qızdırma ilə nəticələnə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax