Qazaxıstanın Jetısu vilayətində gün ərzində ardıcıl ikinci zəlzələ baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Jarkent şəhərindən 52 kilometr şimal-qərbdə yerləşib və zəlzələnin maqnitudası 4,7 təşkil edib. Qeyd edək ki, birinci zəlzələ martın 31-nə keçən gecə eyni ərazidə 4,4 maqnituda ilə qeydə alınmışdı.
Hazırkı məlumata görə, hadisə nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.