Türkiyə İran və ABŞ arasında yaşanan gərginlik fonunda hər iki ölkənin rəsmiləri ilə danışıqlar aparır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan son 24 saat ərzində iranlı həmkarı Abbas Əraqçi ilə 2 dəfə telefon danışığı aparıb. Eyni zamanda, Hakan Fidan dünən ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrakı qəbul edib.