Operativ Məlumat Mərkəzi

Türkiyənin daxili işlər naziri sabah Bakıya gəlir

1 dəq
Paylaş:
Türkiyənin daxili işlər naziri sabah Bakıya gəlir

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sabah Bakıya səfərə gəlir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, türkiyəli nazir 6-8 sentyabrda Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclasında iştirak edəcək.

Həmçinin, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz da həmin tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər