Türkiyəli ekspert: “Heydər Əliyevin xarici siyasəti ölkə ilə yanaşı regionun da təhlükəsizliyinə xüsusi töhfə verib”

Türkiyəli ekspert: “Heydər Əliyevin xarici siyasəti ölkə ilə yanaşı regionun da təhlükəsizliyinə xüsusi töhfə verib”
05.05.2023 10:39
Aa
dəq

“Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət ölkə ilə yanaşı regionun da təhlükəsizliyinə xüsusi töhfə verib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Ulusoy "Ümummilli Lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, Heydər Əliyevin böyük işlər görən, müasir Azərbaycanın yaradıcısı və dahi bir şəxs olduğunu söyləyib: “Azərbaycanın çoxvektorlu xarici siyasəti onun dövlət siyasətinin əsas hissəsi olub. Uğurlu xarici siyasət təbii ki, Azərbaycan üçün xüsusilə xeyirli və vacib idi. Ümummilli Liderin xarici siyasətinin əsasını Azərbaycanın beynəlxalq arenada maraqlarının qorunmasına hesablanıb”.

Sədr bildirib ki, beynəlxalq əlaqələrin düzgün qurulması nəticəsində Azərbaycan Qərbin xüsusən enerji sektorunda etibarlı tərəfdaşına çevrilib: “Bütün bunlar regionun təhlükəsizliyi və inkişafı üçün vacib elementlər olub. Heydər Əliyevin uğurlu və çoxvektorlu xarici siyasəti bu gün oğlu, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir”.

H.Ulusoy xatırladıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan şərəflə öz torpaqlarını işğaldan azad edib: “Həmin vaxt Türkiyə də Azərbaycana beynəlxalq arenada siyasi dəstəyini nümayiş etdirib. Türkiyə ilə Azərbaycanın ikitərəfli münasibətlərdən danışsaq, yəqin ki, buna nəinki saatlar, hətta günlər kifayət etməz. Bizim münasibətlər bu gün ən yüksək həddə çataraq Şuşa Bəyannaməsinin imzalanması ilə strateji müttəfiqliyə qədər yüksəlib. Hesab edirəm ki, əlaqələrimiz bundan sonra da sıx şəkildə davam edəcək”.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu