“Türkiyədən təyyarə biletləri bahadır, tələbələrin zəlzələ ilə əlaqədar ölkəyə qayıdışında çətinliklər yaranıb”.
"Operativ Məlumat Mərkəzi - OMM"-nin xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.
Ceyhun Məmmədov deyib ki, Türkiyədə zəlzələ ilə bağlı tələbələrə təyyarə biletlərində güzəştlər tətbiq olunmalıdır: “İndi distant təhsilə keçilib. Ancaq elə ədəbiyyatlar var ki, tələbələr onları da qayıdaraq Türkiyədən gətirməlidirlər. Ona görə təyyarə biletlərində güzəştlər vacibdir. Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var”.