Türkiyədə Qurban bayramın ilk 4 günündə yol qəzalarında ölənlərin sayı 26 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində bildirib.
Nazir qeyd edib ki, Qurban bayramının ilk 4 günündə baş verən yol-nəqliyyat hadisələri nəticəsində 5 min 345 nəfər yaralanıb.
Yerlikaya vurğulayıb ki, təkcə dünən 693 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1302 nəfər yaralanıb.