Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yunanıstanlı nazir Alkiviadis Stefanis arasında görüş baş tutub.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş NATO-nun iclası çərçivəsində keçirilib. Nazirlər Türkiyə ilə Yunanıstan arasında mehriban qonşuluq və dostluq münasibətlərinə əsaslanan gündəmin hazırlanması barədə razılığa gəliblər.