ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirdiyi son brifinqdə İranla bağlı yürüdülən siyasətin gedişatını şərh edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Ev rəhbəri rəsmi Tehranla bağlı qarşıya qoyulan məqsədlərə nail olmağa çox yaxın olduqlarını vurğulayıb.
Prezidentin sözlərinə görə, mövcud hədəflərə çatmaq üçün bölgədə genişmiqyaslı hərbi əməliyyatların keçirilməsinə lüzum görmür. O, xüsusilə qeyd edib ki, İranla bağlı strateji planlar uğurla icra olunur.
“Quru qoşunlarının əməliyyatlara cəlb edilməsi (boots on the ground) zəruri hesab edilmir. Diplomatik və iqtisadi təzyiqlər öz bəhrəsini verməkdədir”.