ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə münasibətlərini “çox güclü” adlandırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp Pekində Si Cinpinlə görüşü zamanı iki ölkə lideri arasında uzun illərə dayanan münasibətlərdən danışıb.
“O, mənim çox hörmət etdiyim bir insandır. Artıq 11 ildir ki, bir-birimizi tanıyırıq, təxminən 12 ildir. Bu, uzun müddətdir və biz başqalarının həll edə bilməyəcəyi bir çox fərqli problemləri həll etmişik və münasibətlər çox güclüdür”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin Çin liderinin sentyabr ayında ABŞ-yə səfər edəcəyinə ümid etdiyini bir daha vurğulayıb.
Məlumata görə, tərəflər görüş zamanı ABŞ-Çin münasibətləri, iqtisadi əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələlərini də müzakirə ediblər.