Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Si Cinpinlə münasibətlərdən danışdı: “Çox güclüdür”

1 dəq
Paylaş:
Tramp Si Cinpinlə münasibətlərdən danışdı: “Çox güclüdür”

ABŞ Prezidenti Donald Çin Si Cinpin ilə münasibətlərini “çox güclü” adlandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp Pekində Si Cinpinlə görüşü zamanı iki ölkə lideri arasında uzun illərə dayanan münasibətlərdən danışıb.

“O, mənim çox hörmət etdiyim bir insandır. Artıq 11 ildir ki, bir-birimizi tanıyırıq, təxminən 12 ildir. Bu, uzun müddətdir və biz başqalarının həll edə bilməyəcəyi bir çox fərqli problemləri həll etmişik və münasibətlər çox güclüdür”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin Çin liderinin sentyabr ayında ABŞ-yə səfər edəcəyinə ümid etdiyini bir daha vurğulayıb.

Məlumata görə, tərəflər görüş zamanı ABŞ-Çin münasibətləri, iqtisadi məsələlərini də müzakirə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax