Operativ Məlumat Mərkəzi

Bakının əsas magistrallarında sıxlıq yaranıb

2 dəq
Paylaş:
Bakının əsas magistrallarında sıxlıq yaranıb

Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) açıqlama yayıb.

Mərkəzin məlumatına əsasən, hazırda paytaxtda aşağıdakı istiqamətlərdə axını çətinləşib:

Bakı–Sumqayıt şosesi – “20 Yanvar” istiqamətində;

Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

Ziya prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;

prospekti – əsas yol üzrə mərkəz istiqamətində;

1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində.

NİİM sürücülərə alternativ marşrutlardan istifadə etməyi, qaydalarına əməl etməyi və real vaxt rejimində yol vəziyyətini nəzərə almağı tövsiyə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax