"Tottenham" klubu bu yay "Liverpool"un müdafiəçisi Endi Robertsonu azad agent kimi heyətinə qatmaq üçün aktiv danışıqlar aparır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə futbolçu müqaviləsinin başa çatması ilə əlaqədar 9 illik çıxışından sonra klubu tərk edəcəyini təsdiqləyib.
"Tottenham" 32 yaşlı sol cinah müdafiəçisi ilə çoxdan maraqlanır və onu yanvar transfer pəncərəsində də rənglərinə bağlamağa çalışmışdı.
Lakin o zaman "Liverpool" Robertsonu buraxmağa hazır deyildi.
London təmsilçisi Şotlandiya millisinin kapitanı ilə müqavilə imzalamaqda israrlıdır.
"BBC Sport"un mənbələrinə görə, tam razılıq əldə olunmasa da, danışıqlar irəliləyiş mərhələsindədir.
Bununla belə, transferin reallaşması "Tottenham"ın Premyer Liqada qalıb-qalmayacağından birbaşa asılıdır.
Hazırda Roberto De Dzerbinin rəhbərlik etdiyi komanda turnir cədvəlində 18-ci yerdə qərarlaşıb və "West Ham"dan iki xal geri qalaraq təhlükə zonasında yer alır.