Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

TƏBİB-də yeni təyinatlar: 3 yeni müşavir

1 dəq
Paylaş:
TƏBİB-də yeni təyinatlar: 3 yeni müşavir

TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, sözügedən vəzifəyə Ramil Muxtarzadə, Töhfə Cəmilova və Bahadur Rzayev təyinat alıb.

Ramil Muxtarzadə 2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib. Töhfə Cəmilova isə 2026-cı ildən Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Bahadur Rzayev 2023–2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax