Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb

Oğuz rayonunun və Yaqublu kəndlərində qanunsuz ağac kəsməkdə şübhəli 3 nəfər saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyinin xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacını kəsməkdə və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulmaqda şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.

Həmçinin rayonun Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb. əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılıb, araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax