Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hörmüz Boğazı üçün ödəniş planı: ABŞ və İran arasında gərginlik

3 dəq
Paylaş:
Hörmüz Boğazı üçün ödəniş planı: ABŞ və İran arasında gərginlik

Ötən ay imzalanan qarşılıqlı anlaşma memorandumu çərçivəsində ABŞ və İran arasında Boğazından gəmilərin 60 gün müddətində təhlükəsiz və maneəsiz keçidini təmin etmək barədə razılıq əldə olunub. Razılaşmanın müddətinin başa çatmasından sonra isə su yolunun gələcək idarəetmə mexanizminin müəyyənləşdirilməsi üçün İran, Oman və digər Fars körfəzi ölkələri arasında yeni danışıqların aparılması nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Oman Xarici İşlər naziri Seyid Bədr bin Həməd Əl-Busaidi məsələyə münasibət bildirərək gəmilərdən məcburi keçid haqqı alınmasının tərəfdarı olmadıqlarını açıqlayıb.

Məlumata görə, nazir bildirib ki, Malakka və Sinqapur boğazlarında tətbiq edilən modellərə bənzər şəkildə yalnız su yolunun texniki baxımı üçün gəmiçilik şirkətlərindən könüllü ödənişlərin toplanması müzakirə oluna bilər. Danışıqlara yaxın mənbələrin məlumatına əsasən, bu təklif ABŞ tərəfinə çatdırılıb, lakin hələlik rəsmi sənəd təqdim edilməyib.

Bildirilir ki, ABŞ rəsmiləri məcburi ödəniş ideyasına kəskin etiraz ediblər. Ağ Evin sözçüsü Anna Kelli Donald Trampın Hürmüz Boğazının su yolu olduğunu və heç bir ölkənin burada rüsum tətbiq edə bilməyəcəyini vurğuladığını bildirib. ABŞ Marko Rubio da hüquqa əsaslanaraq, beynəlxalq sulardan keçidə görə vergi və ya ödəniş tələb edilməsinin qəbulolunmaz olduğunu qeyd edib.

Məlumata əsasən, İran tərəfi isə ödənişlərin tətbiqi ideyasında israrlı mövqe sərgiləyir və gələcək mərhələdə ABŞ-nin bu modelin müəyyən versiyasını qəbul edə biləcəyinə ümid edir. Orta Şərq diplomatik mənbələrindən birinin bildirdiyinə görə, toplanacaq vəsaitlərin Beynəlxalq Dənizçilik Təşkilatı ilə koordinasiya şəklində idarə olunması, eləcə də ekoloji risklərin azaldılması, xilasetmə əməliyyatları və texniki xidmətlər üçün istifadə edilməsi təklif olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax