Livanın cənubunda İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 11 nəfər həlak olub.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hadisə iyun ayında əldə edilmiş atəşkəs razılaşmasından sonra bölgədə baş verən ən qanlı insidentlərdən biri kimi qiymətləndirilir.
İsrail hərbi rəhbərliyi “Hizbullah”ın infrastrukturuna qarşı əməliyyatların davam etdiriləcəyini və bölgədə gərginliyin bir neçə gün sürə biləcəyini açıqlayıb.
Yəməndə də vəziyyət gərgin olaraq qalır. Hökumət qüvvələri “Husi” qruplaşmasının mövqelərinə qarşı genişmiqyaslı əməliyyatlar keçirdiklərini bildiriblər.
İran və ABŞ arasında münasibətlər də “Hörmüz boğazı” ətrafındakı blokada və sanksiyalar fonunda daha da gərginləşib.
İran Ordusunun Baş Komandanı Əmir Hatəmi ölkə ərazisində ABŞ hərbçilərini zərərsizləşdirən və ya əsir götürən şəxslərə 30 min dollar mükafat veriləcəyini açıqlayıb.
Bununla yanaşı, ABŞ və İran arasında əldə edilmiş 60 günlük razılaşmanın müddətinin başa çatması və yeni anlaşmanın əldə olunmaması regionda narahatlıqları artırıb.
Qəzza ilə bağlı diplomatik səylər isə davam edir. ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh planı ətrafında danışıqlar Qahirədə keçirilir.
“HƏMAS” nümayəndələri planın ikinci mərhələsinə sadiq olduqlarını bildirərək, İsraili atəşkəs şərtlərini pozmaqda ittiham edirlər.
Bir sıra ərəb ölkələri ilə yanaşı, Türkiyə, Pakistan və İndoneziya da İsrailin plana qarşı mövqeyini tənqid edərək, bunun regionda münaqişənin həllinə mane olduğunu bildiriblər.