Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Samsung"un on minlərlə işçisi kütləvi etiraz aksiyası keçirib

2 dəq
Paylaş:
"Samsung"un on minlərlə işçisi kütləvi etiraz aksiyası keçirib

Cənubi Koreyanın şəhərində "Samsung" yarımkeçiricilər zavodunun yaxınlığında şirkətin on minlərlə işçisi kütləvi oturaq tətilə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, aksiyada təxminən 40 min nəfər iştirak edir ki, bu da şirkət tarixindəki ən böyük nümayiş hesab olunur.

İşçilərin əsas tələbləri və narazılıqları aşağıdakılardır:

  • Şirkətin illik mənfəətinin (təxminən 30 milyard dollar) 15%-i həcmində bonusların ödənilməsi.
  • Rəqib "SK Hynix" şirkəti ilə müqayisədə mükafat ödənişlərindəki böyük fərqin aradan qaldırılması. Qeyd edək ki, "SK Hynix" hazırda "Nvidia" üçün çiplərinin tədarükündə "Samsung"u qabaqlayır.
  • Hazırda illik baza maaşının 50%-ni təşkil edən mükafat limitinin ləğv edilməsi.

Həmkarlar ittifaqının məlumatına görə, tələblər yerinə yetirilməyəcəyi təqdirdə, işçilər mayın 21-dən iyunun 7-dək davam edəcək 18 günlük tətilə başlamaqla hədələyirlər. Şirkət rəhbərliyi isə hələlik mənfəətinin yalnız 10%-ni əməkhaqqı fondu kimi təklif edib.

Hazırda "Samsung" rəhbərliyi həmkarlar ittifaqı ilə danışıqları davam etdirir. Çünki istehsalın qısa müddətli dayanması belə süni intellekt çiplərinin istehsalını ciddi təhlükə altına sala bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax