Əsas məzmuna keç

Tehrandan Vaşinqtona mesaj: “İmzalanmış öhdəliklərə qayıdın”

Tehrandan Vaşinqtona mesaj: “İmzalanmış öhdəliklərə qayıdın”

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın İslamabad memorandumunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vəziyyətin normallaşmasına yol açacağını bildirib.

ru en

İranın naziri Yaponiyanın xarici işlər naziri ilə aparıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran Tələbə Xəbər Agentliyi (ISNA) məlumat yayıb.

Əraqçi regiondakı vəziyyətin ABŞ-nin İslamabad memorandumunda nəzərdə tutulan öhdəliklərini yerinə yetirməməsindən qaynaqlandığını bildirib.

“Həll yolu sadədir. ABŞ tərəfinin imzaladığı İslamabad memorandumundakı öhdəliklərinə qayıtması normallaşmaya gedən yolu açacaq”, – İran XİN rəhbəri deyib.

Əraqçi Omanla məsələsi üzrə aparılan müzakirələr barədə yapon həmkarına da məlumat verib. O, iki ölkə arasında boğazdan keçid üçün müvəqqəti marşrutun müəyyənləşdirilməsi ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib.

Motegi Toşimitsu isə regionda təhlükəsizliyin, eləcə də Hörmüz boğazında sərbəst və təhlükəsiz hərəkətin təmin olunması üçün region ölkələri və aidiyyəti dövlətlər arasında davamlı məsləhətləşmələrin və diplomatik koordinasiyanın vacibliyini vurğulayıb.

İki nazir, həmçinin bəzi ikitərəfli və konsulluq məsələləri ilə bağlı problemlərin həlli istiqamətində iş aparılması barədə razılığa gəliblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…