TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası Azərbaycanda keçiriləcək

TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası Azərbaycanda keçiriləcək
09.09.2024 17:27
Aa
dəq

Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının ilk iclasında iştirak edib.

Tədbirdə çıxış edən Fərid Əhmədov ədliyyə sahəsində üzv dövlətlərlə çoxtərəfli formatda əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Ötən dövr ərzində Azərbaycan və Türk dövlətləri arasında elektron ədliyyə xidmətləri, notariat fəaliyyəti, məhkəmə ekspertizası, cəza-icra sistemi və kadr hazırlığı sahəsində ikitərəfli əməkdaşlığa dair çoxsaylı sənədlərin imzalandığını qeyd edən nazir, Ədliyyə Nazirləri Şurasının üzv dövlətlər arasında sahə üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində effektiv platforma olacağını bildirib.

Toplantıda üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlıq üçün perspektivlər, ədliyyə sahəsində rəqəmsallaşmanın əhəmiyyəti, hüquqi sahədə yeni razılaşmaların əldə edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Nazirlər görüşün yekununda Azərbaycan tərəfinin də təklifləri nəzərə alınmaqla hazırlanmış “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ədliyyə Nazirlərinin ilk Şurasının Nəticələrinə dair Birgə Bəyannamə” imzalayıb və TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclasının 2025-ci ildə Azərbaycan Respublikasında keçirilməsi barədə qərar qəbul ediblər.

Həmçinin tədbir çərçivəsində Fərid Əhmədov üzv ölkələrin ədliyyə nazirləri ilə də ikitərəfli görüşlər keçirərək, əməkdaşlığa dair müzakirələr aparıb.

Həftənin ən çox oxunanları

"Beynəlxalq münasibətlərdə sanksiya siyasətinə yer yoxdur"

DAVAMIN OXU davamın oxu

Prezident rəsmi qəbulda iştirak edib

Prezident rəsmi qəbulda iştirak edib
DAVAMIN OXU davamın oxu

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır  - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Moskvada məhdud tərkibdə iclasda iştirak edib - YENİLƏNİB

İlham Əliyev Moskvada məhdud tərkibdə iclasda iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

Prezident: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
DAVAMIN OXU davamın oxu