“Rusiya taxıl müqaviləsini uzatmaq üçün heç bir səbəb görmür”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov iyunun 30-da keçirdiyi brifinqdə deyib.
O bildirib ki, taxıl müqaviləsinə xitam veriləcəyi təqdirdə, Moskva öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə tədarükü təmin edəcək.
Nazir söyləyib ki, Qərbdən gələn bütün maneələrə baxmayaraq, Rusiya gübrələrinin və ərzaqlarının ixracı davam edir.