Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xətaidə mənzildən 20 min manatlıq oğurluq edən şəxs tutuldu

1 dəq
Paylaş:
Xətaidə mənzildən 20 min manatlıq oğurluq edən şəxs tutuldu

rayonunda qohumunun evindən 20 min etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonunda evlərin birindən naməlum şəraitdə 15 000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı başlanıb. Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax