Operativ Məlumat Mərkəzi

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - YENİLƏNİB-2

2 dəq
Paylaş:
Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binansının 3-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib:

"Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

***

Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***

Sumqayıtda partlayış olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hadisə yaşayış binasında qeydə alınıb. Orada olan bir nəfərin əlində partlayıcının partladığı və həmin həmin şəxsin öldüyü bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər