Operativ Məlumat Mərkəzi

"Sumqayıt" tarixinin ən böyükhesablı qələbəsini qazanıb

1 dəq
Paylaş:
"Sumqayıt" tarixinin ən böyükhesablı qələbəsini qazanıb
Samir Abasovun baş məşqçisi olduğu komanda buna Azərbaycan kubokunun II təsnifat mərhələsində imza atıb. “Gənclik şəhəri” təmsilçisi “Lerik”lə səfər...

“Sumqayıt” tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda buna Azərbaycan kubokunun II təsnifat mərhələsində imza atıb.

“Gənclik şəhəri” təmsilçisi “Lerik”lə səfər görüşündə 6:0 hesablı qələbə qazanıb. Bu, 2010-cu ildə yaradılan klubun tarixində 6 top fərqi ilə ilk qələbədir.

“Sumqayıt” bunadək ən böyük qələbəsini Premyer Liqada əldə edib. “Gənclik şəhəri” təmsilçisi 2022-ci il mayın 21-də, “Səbail”lə ev görüşündə 5 cavabsız qolla qalib gəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər