Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ məhkəməsi “Meta”ya qarşı uşaqların asılılığı ilə bağlı iddianın davam etməsinə qərar verib

3 dəq
Paylaş:
ABŞ məhkəməsi “Meta”ya qarşı uşaqların asılılığı ilə bağlı iddianın davam etməsinə qərar verib

ABŞ-nin Kaliforniya ştatında hakim İvon Qonzales Rocers 29 ştatın baş prokurorlarının “Meta” şirkətinə qarşı qaldırdığı iddianın rədd edilməsi ilə bağlı şirkətin vəsatətini təmin etməyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iddiada “Meta”nın “” və “” platformalarını uşaqlarda asılılıq yaradacaq şəkildə dizayn etdiyi və bu riskləri ictimaiyyətdən gizlətdiyi iddia olunur.

Məlumata görə, hakim “Meta”ya qarşı irəli sürülən aldadıcı praktikalar, qeyri-etik davranışlar və “Uşaqların Onlayn Məxfiliyinin Mühafizəsi Aktı”nın (COPPA) pozulması ilə bağlı ittihamların araşdırılmasına icazə verib.

Qeyd olunub ki, məhkəmə “Meta”nın federal qanunların valideyn razılığı və bildiriş tələblərinə əməl edib-etməməsi məsələsinin də ştatların xeyrinə araşdırılmalı olduğu qərarına gəlib.

Məlumata görə, baş prokurorlar “Facebook” və “Instagram”ın həddindən artıq istifadəsinin uşaqlar və yeniyetmələr arasında depressiya, narahatlıq, yuxu pozğunluğu, təhsil problemləri və hətta özünəqəsd hallarına səbəb ola biləcəyini bildirirlər. Kaliforniyanın baş prokuroru Rob Bonta bu qərarı uşaqların psixi sağlamlığı ilə bağlı böhrana görə “Meta”nın məsuliyyətə cəlb olunması istiqamətində mühüm addım kimi qiymətləndirib.

Bildirilib ki, “Meta” şirkəti iddiaları rədd edir və platformaların ümumi auditoriya üçün nəzərdə tutulduğunu, 13 yaşdan kiçik uşaqları hədəf almadığını vurğulayır. Şirkət həmçinin “”nın rəsmi tibbi diaqnoz olmadığını qeyd edərək, məhkəmədə öz mövqeyini müdafiə edəcəyini açıqlayıb.

Qeyd edilib ki, hakim Rocersin 38 səhifəlik qərarına əsasən, “Facebook” və “Instagram”ın qəsdən asılılıq yaratmaq məqsədilə dizayn edilib-edilmədiyi və şirkətin istifadəçiləri aldatması kimi məsələlər münsiflər heyəti tərəfindən araşdırılacaq.

Məlumata görə, bu iş “Google”, “YouTube”, “Snapchat” və “TikTok” kimi platformalara qarşı qaldırılan 2600-dən çox iddianın daxil olduğu daha geniş hüquqi prosesin tərkib hissəsidir. Məhkəmə prosesinin avqustun 18-də başlaması planlaşdırılır.

Qeyd edək ki, “Meta”ya qarşı artan hüquqi təzyiqlər yalnız ABŞ ilə məhdudlaşmır, eyni zamanda Avropa İttifaqı və Avstraliyada da platformalarının azyaşlılara təsiri ilə bağlı araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax