Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
28.02.2024 09:38
Aa
dəq

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Strasburq şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şəhərin tarixi “Motsart” konsert salonunda reallaşan tədbirdə Avropa Şurası yanındakı diplomatik missiyaların, Strasburqun akademik dairələrinin və yerli ictimaiyyətin nümayəndələri, habelə Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən qadın, uşaq və ahılların amansızlıqla qətlə yetirildiyini vurğulanıb. Fəxrəddin İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və Strasburqdakı anım mərasiminin də məhz bu kampaniya çərçivəsində təşkil olunduğunu qeyd edib.

Bundan əlavə, tədbirdə 2023-cü ildə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsinin nəticəsi olaraq Xocalı soyqırımının 32-ci ildönümündə qətliamdan sağ çıxan sakinlərin öz doğma torpaqlarına səfər etdikləri və onların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımı memorialının təməlqoyma mərasiminin keçirilməsi barədə məlumat verilib.

Daha sonra Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova və müxtəlif nüfuzlu beynəlxalq müsabiqələr laureatı, istedadlı gənc pianoçu Nazxanım Dadaşovanın ifasında tanınmış Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu