Operativ Məlumat Mərkəzi

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

2 dəq
Paylaş:
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi "Xocalıya !" məlumatlandırma kampaniyası çərçivəsində Strasburq şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şəhərin tarixi “Motsart” konsert salonunda reallaşan tədbirdə Avropa Şurası yanındakı diplomatik missiyaların, Strasburqun akademik dairələrinin və yerli ictimaiyyətin nümayəndələri, habelə diasporunun təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən qadın, uşaq və ahılların amansızlıqla qətlə yetirildiyini vurğulanıb. Fəxrəddin İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və Strasburqdakı anım mərasiminin də məhz bu kampaniya çərçivəsində təşkil olunduğunu qeyd edib.

Bundan əlavə, tədbirdə 2023-cü ildə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsinin nəticəsi olaraq Xocalı soyqırımının 32-ci ildönümündə qətliamdan sağ çıxan sakinlərin öz doğma torpaqlarına səfər etdikləri və onların iştirakı ilə İlham Əliyev tərəfindən Xocalı soyqırımı memorialının təməlqoyma mərasiminin keçirilməsi barədə məlumat verilib.

Daha sonra Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova və müxtəlif nüfuzlu beynəlxalq müsabiqələr laureatı, istedadlı gənc pianoçu Nazxanım Dadaşovanın ifasında tanınmış Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax