Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Niderland vətəndaşı Şəkidə xilas edildi: DSX-dən əməliyyat

2 dəq
Paylaş:
Niderland vətəndaşı Şəkidə xilas edildi: DSX-dən əməliyyat

Avqust ayının 29-da saat 17:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Krallığının vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olmuşdur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-dən məlumat verilib.

Müəyyən edilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt – Bakı aviareysi ilə

Respublikasına gələn Niderland vətəndaşı avqustun 29-da səhər saatlarında Şəki rayonunun dağlıq ərazisində piyada yürüşə çıxıb.

Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ağır yaralı şəxsin təxliyəsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə dərhal əraziyə Dövlət Sərhəd Xidmətinin tibb heyəti və xilasetmə qrupu göndərilib.

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qaranlıq hava şəraitində, çətin dağlıq relyefdə həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatı nəticəsində başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alan, köməksiz vəziyyətdə qalan Niderland vətəndaşına DSX-nin tibb heyəti tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib və operativ şəkildə helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə