Avqustun 14-də Latviya səmasında vurulan pilotsuz uçuş aparatı (PUA) Ukraynaya məxsusdur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Latviya Müdafiə Nazirliyi məlumat yayıb.
"NATO qırıcısı tərəfindən vurulan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğu müəyyən edilib", - məlumatda deyilir.
Bildirilib ki, avqustun 14-də Latviyanın şərqində yerləşən dörd bələdiyyədə hava həyəcanı elan edilib və bu, təxminən 30 dəqiqə davam edib.
Daha sonra ölkə hakimiyyəti bir pilotsuz uçuş aparatının NATO qırıcısı tərəfindən ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.