Misirli hücumçu Məhəmməd Salah "Liverpul"dan ayrıldıqdan sonra hansı klubda çıxış edəcəyi ilə bağlı hələlik yekun qərara gəlməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" ESPN nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu öz gələcəyi ilə bağlı məsələlərə diqqətini yalnız 2026-cı il dünya çempionatında Misir yığmasının çıxışı başa çatdıqdan sonra yönəldəcək.
Hazırda Misir millisi turnirin 1/8 final mərhələsində Argentina yığması ilə qarşılaşmağa hazırlaşır.
Mənbə qeyd edir ki, ulduz forvard üçün əsas namizədlər sırasında Səudiyyə Ərəbistanı klubları ön plandadır. Bununla yanaşı, Avropa təmsilçiləri və MLS (ABŞ) klublarının da futbolçu ilə ciddi maraqlandığı bildirilir.
Qeyd edək ki, Məhəmməd Salah ötən mövsüm İngiltərə Premyer Liqasında 27 matçda iştirak edib. O, bu oyunlarda 7 qol vurmaqla yanaşı, 7 məhsuldar ötürmə ilə də yadda qalıb.