"Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlarda müzakirə olunan ərazi məsələsi hələ də həll olunmayıb".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
"Bu, hələ də keçməli olan bir körpüdür. Ərazi məsələsində tərəflərin mövqelərinin əlaqələndirilməsi üçün fəal iş aparılır", - o qeyd edib.
O bildirib ki, danışıqların növbəti mərhələsində ABŞ iştirak edə bilər.
Rubionun sözlərinə görə, nizamlanma ilə bağlı vəziyyət olduqca dəyişkən olaraq qalır və sürətlə inkişaf edir.
Rubio bildirib ki, Avropa ölkələri ABŞ-nin iştirakı olmadan Ukraynaya effektiv təhlükəsizlik zəmanətləri verə bilməyəcəklər.